“Zirə”nin hücumçusu Salifu Suma çətin ki, gələn mövsüm Azərbaycanda qalsın.
Msport.az xəbər verir ki, qvineya-bissaulu futbolçu növbəti təkliflər alıb.
Adı Kiyev “Dinamo”su, “Fənərbağça”, Sofiya MOİK-i kimi klublarla hallanan Sumanın Rusiya variantı daha real görünür. Çünki Moskva “Lokomotiv”i onun transferində israrlıdır. Rusiya təmsilçisi Sumanın müqaviləsində yer alan 800 min avroluq sərbəst qalma məbləğini ödəməyə də hazırdır. Klublar keçiddə anlaşsalar, Suma mövsümün sonunda “Zirə”ni tərk edəcək.
Qeyd edək ki, Salifu Suma bu yaxınlarda “Zirə” ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.