ABŞ-da hava limanında sərnişin təyyarəsi qəfil alovlanıb.
Amerika Hava Yollarına məxsus sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanında qəfildən alovlanıb.
Operativ Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən edilən açıqlamada hadisə nəticəsində xəsarət alan olmadığı və sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyi bildirilib.
Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığıda bildirilib.