1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-də hava limanında "American Airlines" şirkətinə məxsus təyyarə yanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisəyə səbəb mühərrikdəki nasazlıq olub.
Məlumata görə, 1006 saylı reys Kolorado-Sprinqs hava limanından Dallas beynəlxalq aeroportuna uçan zaman Denverdə təcili eniş etməli olub.
"Denver Beynəlxalq Hava Limanında uğurlu enişdən sonra "American Airlines"ın 1006 saylı reysində mühərrikində yanğın başlayıb. 172 sərnişin və altı ekipaj üzvü təyyarəni tərk edib. Daha sonra alov bütün təyyarəni bürüyüb", - deyə məlumatında vurğulanıb.
Hadisə yerində xüsusi xidmətlər işləyir.