"Rusiya bizi özünə düşmən seçdi".
“İki sahil” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lecornu “France 2” kanalında Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib.
O, nə tam müharibə, nə də tam sülh içində olduqlarını söyləyib.
Kiyev hökumətinin təhlükəsizliyinə zəmanətinin Ukraynanın tərksilah edilməməsindən qaynaqlandığını vurğulayan Lekornu bunun onlar üçün “qırmızı xətt” olduğunu deyib: “Ancaq atəşkəs və ya pis sülh sazişi Rusiyanın hərbi potensialını bərpa etməyə imkan verəcək pis taktiki fasilə ilə qarışdırılmamalıdır”.
"Rusiya müharibənin bir formasını yenidən kəşf edir. Bu o deməkdir ki, biz müharibədə deyilik, lakin artıq tam sülh içində deyilik", - Lekornu bildirib. O deyib ki, enerji müharibələri, kiberhücumlar kimi bəzən gözə görünməyən təhlükələrlə üzləşirlər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”