AZ

Özünü 12-ci mərtəbədən atdı

Ötən gecə Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 13-ü saat 21 radələrində 1994-cü il təvəllüdlü Cahangir Tağıyev Məhəmmədi qəsəbəsindəki “Göy Qurşağı” yaşayış kompleksindən özünü atıb.

12-ci mərtəbənin dəhlizindəki pəncərədən özünü atan 31 yaşlı kişi hadisə yerində ölüb.

Qeyd edək ki, C.Tağıyev əvvəllər Cinayət Məcəlləsinin iki maddəsi üzrə məhkum edilibmiş.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
22
5
qafqazinfo.az

6Mənbələr