AZ

Azərbaycan bankları aylıq prudensial hesabatlar hazırlayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.

"Unikal” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, banklar bu hesabatları aylıq əsasda tərtib edəcək. Hesabаtlardаkı xаrici vаlyutаda olan rəqəmlər hеsаbаt tаriхi üçün AMB-nin müəyyən etdiyi rəsmi məzənnə üzrə manat еkvivаlеnti ilə əks еtdiriləcək.

Həmçinin hesabatlar elektron formada tərtib olunacaq, bankın İdarə Heyətinin sədrinin və ya baş maliyyə inzibatçısının gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hesabat tarixindən sonrakı ayın beşinci iş gününün sonuna kimi AMB-nin Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.

“Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudеnsiаl hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası” dərc edildiyi gündən bir ay sonra qüvvəyə minəcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Seçilən
1
5
unikal.az

5Mənbələr