2024-cü ildə Səhiyyə Nazirliyi tabeliyindəki tibb müəssisələrinə oftalmoloji xidmətlərlə bağlı 138,5 min müraciət olub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.
Məlumata görə, Milli Oftalmologiya Mərkəzi tərəfindən 10,6 min oftalmoloji cərrahi əməliyyat icra edilib. İl ərzində Mərkəzdə 47 buynuz qişanın köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Əlilliyin müəyyən edilməsi məqsədilə il ərzində 19,9 min ekspertiza (onlardan 11,8 min nəfər uşaq) keçirilib, müvafiq tibbi rəylər verilib.
Hesabatda qeyd olunub ki, 2024-cü ildə hərbi tibbi ekspertizadan 7,6 min nəfər keçirilib və tibbi aktla təmin edilib.