AZ

Yaşıl işığın son saniyəsində yolayrıcına girib tıxac yaratdı- VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 90-EF-446 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolayrıcından sonra tıxac olduğunu görsə də, kəsişmə yerinə daxil olub. Nəticədə digər istiqamətdən gələn sürücülərə yaşıl işıq yanan zaman onlar hərəkətlərinə davam edə bilməyiblər.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

 

Fərid

Seçilən
10
avtosfer.az

1Mənbələr