Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə bir matç keçiriləcək.
Yeganə qarşılaşma B qrupunda baş tutacaq. Sumqayıtda keçiriləcək görüşdə eyniadlı komanda liderliyə şərik “Şəki” ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVIII tur, 14 mart
B qrupu
19:00. “Sumqayıt”– “Şəki”
Sumqayıt OİK
yer | komanda | O | Q | M | X |
1 | Gəncə | 17 | 13 | 4 | 30 |
2 | Şəki | 17 | 13 | 4 | 30 |
3 | Ordu | 17 | 11 | 6 | 28 |
4 | Sumqayıt | 17 | 7 | 10 | 24 |
5 | Quba | 18 | 5 | 13 | 23 |
6 | Lənkəran | 18 | 3 | 15 | 21 |
İdman.biz