Qrip və virusa yoluxan xəstələr təbii üsullarla bundan xilas olmağa çalışırlar.
Medicina.az xəbər verir ki, bu mövsümdə sinədə öskürək və xırıltı kimi əlamətlər xüsusilə tez-tez olur

Xırıltı nəfəs alarkən eşidilən yüksək, fit səsidir və adətən ağciyərlərdə hava axınının çətinləşməsi nəticəsində yaranır.
Bəs sinəni yumşaldan ədviyyat hansıdır?
DARÇINLI SU
Darçın antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik ədviyyatdır. Həmçinin öskürəyi sakitləşdirə və tənəffüs yollarını aça bilər.

Resept: Bir stəkan qaynar suya bir çay qaşığı darçın tozunu əlavə edib qarışdırın. İstəsəniz bal əlavə edə bilərsiniz.
Aygün
Medicina.az