AZ

Azərbaycan voleybolçuları “Novara” ilə qarşılaşacaq

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri Rumıniyanın “Alba” klubunun CEV kubokunun finalındakı rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, voleybolçularımız kubok uğrunda mübarizədə "Novara" ilə qarşılaşacaqlar.

İtalyanlar yarımfinalın cavab matçında yenə "Türk Hava Yolları"na üç setdə qalib gəliblər - 3:0.

İlk final oyunu martın 25-də Rumıniyada, cavab qarşılaşması isə aprelin 1-də İtaliyada keçiriləcək.

Qeyd edək ki, "Alba" yarımfinalda Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstan "Vaşaş"ını məğlub edib.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr