AZ

Moskva bir həftədə ikinci dəfə vuruldu – Şəhərdə partlayışlar baş verib, hava limanı bağlanıb

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq sanksiyalar siyahısına daxil edilmiş üç rusiyalının adını “qara siyahıdan” çıxara bilər.

“AzPolitika” ”Sistema” layihəsinin Aİ-nin diplomatik dairələrindəki mənbələrdən aldığı məlumata istinadla bildirir ki, söhbət Rusiyanın idman naziri Mixail Deqtyarev, iş adamı Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova və Avropa Yəhudi Konqresinin keçmiş rəhbəri, biznesmen Vyaçeslav Moşe Kantordan gedir.

Tezliklə rəsmi qərarın veriləcəyi gözlənilir. Bildirilir ki, Aİ ölkələri iki mindən çox rusiyalıya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına dair razılaşmaya yaxındırlar.

“Bloomberg” yazır ki, sahibkarlar Mixail Fridman və Əlişir Usmanovun siyahılardan çıxarılmasını tələb edən Macarıstan sanksiyaların uzadılmasına razılaşıb.

Hazırda idman naziri postunu tutan Mixail Deqtyarev 2020-ci ildən 2024-cü ilə kimi Xabarovsk diyarına qubernator səlahiyyətlərini icra edən, sifarişli qətllərin təşkilində ittiham olunan Sergey Furqalı əvəz edib.

Deqtyarev 2014-cü ildən "DXR" adlanan rusiyapərəst separatçıları dəstəklədiyinə görə Aİ sanksiyaları altındadır. Bu günə qədər iyirmidən çox ölkə Ukraynanın işğalını dəstəklədiyinə görə ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova, onun xarici aktivlərinin bir hissəsinə sahibdir. Vyaçeslav Moşe Kantoru isə “Vladimir Putinlə yaxın əlaqələri olan rus oliqarxı” adlandırırlar.

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr