AZ

Parlament "TikTok"la bağlı komissiya yaratdı

Fransa Milli Assambleyası "TikTok" sosial media platformasının uşaq və yeniyetmələrə psixoloji təsirini öyrənmək üçün komissiyanın yaradılmasını təsdiqləyib.

News24.az xəbər verir ki, parlamentin ümumi yığıncağında “TikTok”un uşaq və yeniyetmələrə təsirini araşdırmaq üçün parlament komissiyasının yaradılması təklifi müzakirə edilib. Təklif yekdilliklə qəbul edilib.

Parlamentin araşdırma komissiyası altı ay ərzində "TikTok"un alqoritmini və platformanın yetkinlik yaşına çatmayanlara psixoloji təsirini öyrənəcək.

Parlamentin 30 üzvündən ibarət komissiya həmçinin platforma mühitində uşaq və gənclərin müdafiəsi üçün görülə biləcək tədbirləri müəyyən edəcək.

Aynurə

Seçilən
3
news24.az

1Mənbələr