AZ

"Tesla" satışları niyə azalıb? - RƏY

Son günlərdə "Tesla" şirkəti çox çətin vəziyyətlə üzləşib. 

Belə ki, ABŞ-nin nəhəng elektromobil istehsalçısının satışları kəskin azalıb. Bu isə şirkətin gəlirlərinin də külli miqdarda aşağı düşməsinə səbəb olub. Üstəlik, son dönəmlərə İlon Maskın sahibi olduğu şirkətin avtomobillərinə marağın azaldığı, hətta birmənalı qarşılanmadığı da müşahidə olunur. 

Elə bütün bunların fonunda ilk həmlə ABŞ Prezidenti Donald Trampdan gəldi. Tramp "Tesla" şirkətinə məxsus avtomobilləri Ağ Evin həyətində sərgiləyərək bir növ onların reklamını etdi. O, bununla da Maska dəstək oldu. 

Ümumiyyətlə, "Tesla"nın avtomobillərinə maraq niyə azalıb? Satışların yenidən yüksəlməsi gözlənilir? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O, "Tesla"nın satışlarının düşməsinin səbəblərini belə izah edib:

369409

"Düşünürəm ki, "Tesla" avtomobillərinin son zamanlarda daha çox rəğbət qazana bilməməsi onların texnoloji olaraq nəyisə düzgün etməmələri ilə bağlı ola bilər. Eyni zamanda, şirkətin hansısa səhv yanaşmasının da buna təsir etməsi mümkündür. 

Üstəlik, bu gün nəqliyyat vasitələri arasında böyük rentabellik var. Artıq böyük markalar çox güclü ideyalar ortaya qoyurlar. Onlar günün tələblərinə uyğun olaraq mütəmadi olaraq yeni addımlar atırlar. Görünür, hazırda "Tesla" bu cəhətdən bir az geri qalıb". 

Ekspert hesab edir ki, "Tesla" şirkətinin atacağı addımlardan sonra satışlar yenidən yüksələ bilər:

"Bazarda bəzi zamanlarda müəyyən enişlər və çıxışlar ola bilər. Belə hallar anidən baş verir. Yəni, bu da öz növbəsində kifayət qədər təbii prosesdir. Lakin hesab edirəm ki, "Tesla" satışları yenidən yüksələ bilər. Bu, görüləcək işlərin mahiyyətindən asılı olacaq. Əgər şirkət çevik həmlələr edərsə, satışlar yenidən yüksələr".

Pərviz

Seçilən
2
hit.az

1Mənbələr