ABŞ-da hava limanında sərnişin təyyarəsi yanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ederal Aviasiya Administrasiyasının məlumatına görə, içərisində 172 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Kolorado-Sprinqsdən havaya qalxıb.
“American Airlines” şirkətinə məxsus təyyarə Denver Beynəlxalq Hava Limanına eniş edib. Lakin təyyarə sərnişinlərin enməsi üçün yaxınlaşan zaman mühərrik hissəsindən tüstü qalxıb.
Aviaşirkət yanğının mühərrik nasazlığı səbəbindən baş verdiyini açıqlayıb.
Sərnişinlərdən bəziləri təşviş içində xilas olunmaq üçün təyyarənin qanadında gözləyib. Sərnişinlər və ekipaj təhlükəsiz şəkildə təxliyə edilib.
Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.
Billurə Yunus