AZ

Bakının məşhur restoranlarında iftar menyuları - SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR

Ramazan ayı, oruc tutanların ən müqəddəs zaman dilimlərindən biridir. Bu dövrdə gündüzlər oruc tutan insanlar, axşam saatlarında iftar açmaq üçün müxtəlif ləzzətli yeməklər axtarırlar. Bəzi insanlar evdə ailələri ilə birlikdə iftarını açmağı üstün tutsa da, bəziləri yaşam tərzindən dolayı iftarı restoranlarda açmağı seçir. 

Bakının məşhur restoranlarında suşi setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR

FED.az müxtəlif restoranlarda iftar menyularını araşdırıb. Restoranlarda iftar menyularının tərtib edilməsi, həm fərqli zövqləri, həm də məxsusi Ramazan ənənələrini nəzərə alır. Bakının məşhur restoranlarında təqdim olunan iftar menyuları hər kəsin tələbinə uyğun olaraq hazırlanır. Nar & Şərab restoranı, bu il ən bahalı iftar menyusunu təklif edir, 2 nəfərlik bu menyu 88 AZN-ə başa gəlir. Flame Steak & Kebab restoranında isə 1 nəfərlik ən bahalı iftar menyusu 55 AZN təşkil edir. Daha sərfəli seçimlər də mövcuddur. Palma Restaurants 1 nəfər üçün ən ucuz iftar menyusunu 15,90 AZN qiymətinə təklif edir. Digər əksər restoranlarda isə menyu qiymətləri 20 - 30 AZN aralığında dəyişkənlik göstərir. 

Daha detallı : 

Palmada Restaurants

Bakıxanov, Mahir Əmirov /38

Qiymət : 1 nəfər üçün 15,90 AZN

  • Salatlar: çoban salatı, paytaxt salatı, mimoza salatı və toyuq salatı 
  • Şorbalar: mərci şorbası, toyuq şorbası, düşbərə şorbası və dovğa şorbası 
  • İsti Yeməklər: yarpaq dolması, düyü qulyaj, toyuq qaymaqlı (düyü) və qarabaşaq kotlet 
  • İkramlar: çay, su, xurma, mürəbbə 
  • İçkilər: kampot, coca cola, meyvə şirəsi və qazlı/qazsız su 

 

Flame Steak & Kebab

City Park Mall, 3-cü mərtəbə

Qiymət : 1 nəfər üçün 55 AZN

  • Məzələr: badımcan əzməsi, acılı əzmə və haydari
  • Salat : tulum pendirli yaşıl salat
  • Şorba seçimləri : mərci şorbası və ezogəlin şorbası
  • İftar boşqabı : xurma, yaşıl zeytun, qara zeytun, ağ pendir və kərə yağı
  • İsti qəlyanaltılar : plovüstü dönər, içli köftə və çiy köftə
  • Əsas yemək : beğendili kabab və qarışıq kabab(Adana kabab, quzu şiş, toyuq şiş və qanadları, izgara pomidor, yaşıl bibər, sumax, soğan salatı və lavaş ilə).
  • Şirniyyat seçimləri : sütlac, güllac və paxlava
  • İçkilər : kola, ayran, kompot, çay və qəhvə

 

Moon Crown Restaurant

Bayıl Qurban Abbasov 3

Qiymət : 1 nəfər üçün 25 AZN

  • Başlanğıc: su, xurma 
  • Salatlar: çoban salatı, paytaxt salatı, mimoza salatı, toyuq salatı, haydari 
  • Şorbalar: mərci şorbası, düşbərə, dovğa, toyuq şorbası 
  • Əsas yeməklər: toyuq kababı, lüle kabab, quzu kababı, toyuq stroganof, ət qulyaj 
  • Qarnirlər: kartof əzməsi, düyü 
  • Sərin içkilər: su, ayran, kompot (ev sayağı) 
  • İsti içkilər: çay

 

Salam Baku

İçəri şəhər, Kiçik qala

Qiymət : 1 nəfər üçün 26 AZN

  • Soyuq qəlyanaltılar: siqara börek, zeytun (qara/yaşıl), haydari, ağ pendir, köklü tartar əzməsi və xurma
  • İsti yeməklər : səbzi plov, hünkar bəyəndi və göbələk sousu ilə toyuq filesi
  • Salatlar : mimoza, çoban salatı və manqal salatı.
  • Şorbalar : ezo gelin şorbası, toyuq şorbası və tərəvəz şorbası
  • İçkilər : ayran, kompot və doğramac təqdim olunur.

 

Badam d'Art Restaurant

2-ci massiv, Badamdar, Səbail rayonu

Qiymət :  2 nəfər üçün 65 AZN

  • Soyuq qəlyanaltı: ağ pendir, zeytun assorti, süzmə, tərəvəz assorti.
  • İsti yeməklər: yarpaq dolma, qaymaqlı toyuq, cız-bız, beef mexicano.
  • Desertlər: milli şirniyyatlar, xurma puding, islak kek.
  • Şefdən özəl: badam plov, qırmızı kürü kanape, Ak Deniz balıq şorbası, tikə çevirmə.
  • Salatlar: paytaxt salatı, manqal salatı, Sezar salatı toyuqla, xırt-xırt badımcan salatı, vişnəli pomidor salatı.
  • Şorbalar: mərci şorbası, toyuq şorbası, göbələk şorbası.
  • Qarnirlər: düyü, kartof evsayağı, tərəvəz qızardılmış.
  • İçkilər: badamlı qazlı/qazsız, Natakhtari duşes, kompot.

 

Meat Garden

Əbdülvahab Salamzadə küç.1055

Qiymət : 1 nəfər üçün 25 AZN

  • Şorbalar: mərci, düşbərə, çolpa, yaşıl.
  • Salatlar: çoban, paytaxt, manqal, mimoza.
  • İsti yeməklər: lülə toyuq, lülə quzu, toyuq stroqonov, ət stroqonov, şnitsel toyuq, dana basdırma, nar qovurma, tikə quzu, toyuq kabab.
  • Qarnir: fri, düyü, qreçka, kartof lülə.
  • Soyuq içkilər: kompot, su, ayran.

 

 

Nar & Şərab

Namiq Quliyev 27

Qiymət : 2 nəfər üçün 88 AZN

  • Şorbalar: düşbərə şorbası, toyuq şorbası, mərci şorbası.
  • Soyuq qəlyanaltılar: ağ pendir (brinza), turşu çeşidləri, zeytun çeşidləri, haydari əzməsi, limon.
  • Salatlar: manqal salatı, çoban salatı (tərəvəzlər), paytaxt salatı.
  • Xəmir çeşidləri: blinçik (ət ilə), çörək buketi.
  • İsti yeməklər: qırmızı forel balığı sobada (təzə kartof, rozmarin ilə), plov fisincan və səbzi qovurma ilə.
  • İçkilər: kompot evsayağı, limonad, mineral sular (qazlı/qazsız).
  • Desert: çay (qara, yaşıl), xurma (iftar üçün).

 

East Town

Nizami küçəsi 54

Qiymət : 1 nəfər üçün 23,90 AZN

  • Şorba: qırmızı mərci, qaymaqlı göbələk, tərəvəzli toyuq, düşbərə.
  • Salat: mimoza salatı, çoban salatı, toyuqlu Sezar, pomidor albalı.
  • Ana yemək: toyuq kabab düyü ilə, qızıl balıq kartof püresi ilə, ev sayağı "tuşonka", turşulu can əti.
  • Masa üzərinə: məzə çeşidləri, xurma, su, kompot, çay.

 

Park Wine Restaurant

Novxanı dənizkənarı

Qiymət : 1 nəfər üçün 25 AZN

  • Şorbalar: mərci şorbası, düşbərə şorbası.
  • Qəlyanaltılar: ağ pendir, pomidor, xiyar, küpdə qatıq.
  • Salatlar: nar salatı, gavalı salatı, zoğal-pomidor salatı.
  • İsti yeməklər : yarpaq dolması, kələm dolması, toyuq kababı.
  • Soyuq içkilər: qazsız su, kompot. Çay.

 

 

Düşbərə Restaurant

Xaqani 4. Rus Dram Teatr ilə üz üzə

Qiymət :  1 nəfər üçün 16 AZN

  • Şorbalar: düşbərə, mərci, toyuq
  • Yüngülvari : süzmə, tərə, badımcan əzmə, ləvəngi badımcan, qozlu kükü, səbzi kükü, düşbərə salatı, Bakı salatı.
  • İsti yeməklər : hərgün dəyişən toyuq yeməyi, ət yeməyi
  • İçki : kompot, pepsi, mirinda, qazlı/qazsız su
  • Desert : çay, xurma

 

Hokka Mokka

Tarqovı Mərdanov qardaşları küç. 18

Qiymət : 1 nəfər üçün 19,90 AZN

  • Şorba: günün şorbası.
  • Qəlyanaltı: bilinçik, peroşki, haydari, adjika, soğança, acılı əzmə, manqal əzməsi, çuğundur əzməsi, xurma, çörək.
  • Salat: çoban, mimoza, paytaxt.
  • Qarnir: düyü.
  • Ana yemək: tikə kabab, lülə kabab, toyuq kababı, acılı toyuq qanadları, tərəvəz kababı (badımcan, acı bibər)

 

 

Fisincan Cafe & Restaurant

63 Nizami St, Baku 1005

Qiymət : 1 nəfər üçün - toyuq yeməkləri seçildikdə 25 AZN, ət yeməkləri seçildikdə 30 AZN, balıq yeməkləri seçildikdə isə 35 AZN

  • Salatlar: Tbilisi salatı, lobya salatı, paytaxt salatı, manqal salatı.
  • Toyuq yeməkləri: çanaxi, bükmə toyuq, toyuq kabab, toyuq lülə
  • Şorbalar: ıriştə, lobya, mərci, toyuq
  • Ət yeməkləri: Çaşaşuli, tuşonka, dana qovurma, ət lülə
  • Balıq yeməkləri: dorado, farel
  • Qarnirlər: ev sayağı kartof, qarabaşaq, fri, Asya üsullu düyü, düyü, külləmə kartof
  • İkram: çay, xurma, su, kompot, ayran

 

 

Family Park Restaurant

Gəncə prospekti 287

Qiymət : 1 nəfər üçün 20 AZN

  • Soyuq qəlyanaltılar: çoban salatı, Paytaxt salatı, Albalı-pomidor salatı.
  • Qarnirlər: düyü, kartof qızartması.
  • Şorbalar: mərci, düşbərə, toyuq şorbası, dovğa.
  • İsti yeməklər: yarpaq dolması, plov səbzi, langet (toyuq filesi), toyuq kababı.
  • Sərinləşdirici içkilər: sirab, ayran, təbii şirə, limonad.

 

 

Harika Restaurant

Kristal Abşeron 2, Bulvar küçəsi, Sumqayıt şəhəri

Qiymət : 2 nəfər üçün 38 AZN

  • İştahaçıcılar : süzmə, haydari, acılı əzmə, zeytun assorti
  • Şorbalar : mərci, göbələk, düşbərə, toyuq və tomat
  • İsti yeməklər : fajitas ət (qarnir:düyü), toyuq straganoff (qarnir:düyü), çöp şiş    

toyuq əti (qarnir:fri), nar qovurma və pide qiyməli

  • Salatlar: sezar toyuq, toyuq salatı, çoban salatı, nar salatı, xırçıltılı badımcan.
  • Soyuq  içkilər: nanə və limonlu, qazlı, qazsız, meyvə şirəsi, ayran.
  • Çay: yaşıl çay, qara çay, xurma. şirniyyat

 

EL Piano Baku Restaurant

Nazim Hikmət 33

Qiymət : 1 nəfər üçün 40 AZN

  • Şorba: mərci şorbası, gününü şorbası
  • Qəlyanaltılar: şəki döyməc, ağ pendir, kərə yağı, zeytun çeşidi, haydari, kələm turşusu
  • salatlar: çoban salatı, paytaxt salatı
  • İsti yeməklər (seçim ilə): beef stroganoff, chicken stroganoff, ispanaqlı toyuq filesi, cız-bız
  • Desertlər: türk paxlavası, xurma
  • İçkilər: su, meyvə şirəsi, çay

 

 

Metropol 145

Əziz Əliyev küçəsi 11,Bakı, Bakı

Qiymət :  2 nəfər üçün 40 AZN

  • İsti yeməklər : aş-qara, ət langet, toyuq langet, ət stroqanov, toyuq stroqanov
  • Məzələr : zeytun əzməsi, haydari, humus, babaqanuş, ağ pendir, təzə salat
  • Şorbalar: mərci, tomat, toyuq
  • İçkilər : çay ayran qazsız su və şirniyyat

 

 

Günaydın

51 Khatai Ave, Baku

Qiymət : 1 nəfər üçün 80 AZN

  • Başlanğıclar : şorba, qara zeytun, fümə ət, xurma, antep pendiri, kaşar pendiri, acılı, əzmə, çiy küftə
  • Salatlar:çoban salatı, haydarı, badımcan salatı
  • Desertlər: katmer və ya güllaç, sütlaç, kadayıf, kamalpaşa, şəkərpaşa, qazandibi, meyvə çeşidi
  • İçkilər: sərinləşdirici içkilər (kola, fanta, sprite, ayran, meyvə suları), çay
  • İsti qəlyanaltılar: içli küftə, börekler (siqara böreği, paçanqa, pendirli börek – günlük dəyişir)
  • İsti yeməklər: plovüstü dönər, qarışıq izqara : toyuq şişi, quzu şişi, adana, pirzola/alinazik(günlük dəyişir)

 

Mamounia Baku

Xətai rayonu, Capital Plaza, İzzət Orucova 13

Qiymət : 1 nəfər üçün 29 AZN

  • Şorbalar : mərci, göbələk, toyuq və yayla
  • Salatlar : çoban salatı, paytaxt salatı, gavalı salatı və manqal salatı
  • Qəlyanaltılar : siqara böreği, zeytun (qara/yaşıl), haydari, ağ pendir, cacık və    xurma
  • Əsas yeməklər : səbzi plov, turşu plov, qızılbalıq, toyuq stroqanov
  • İçkilər : ayran, reyhan kompotu, qazlı su, akroşka, çay (stəkan + cookies)

 

 

Restoran Mixək

Məhəmməd hadi küçəsi 23

Qiymət : 1 nəfər üçün 20 AZN

  • Şorbalar: mərci, tomat şorbası, göbələk şorbası, dovğa.
  • Salatlar: sezar toyuq, tuna salatı, yunan salatı, xırçıltılı badımcan salatı
  • İsti yeməklər: toyuq şnitsel, toyuq stroqanof, qızardılmış balıq, şirəli mal qovurma, plov
  • Qarnir: kartof fri, ev sayağı kartof, düyü, kartof püresi, tərəvəz grildə.
  • İçkilər: ayran, şərbət

 

 

Romance Restaurant

Mehdi Abbasov 2405, Baku

Qiymət : 2 nəfər üçün 59 AZN

  • Məzələr : tərəvəz çələngi,
  • 2 növ şorba seçimi ilə : mərcimək, çolpa şorbası, düşbərə, borş, göy şorbası və ət şorbası
  • Şirniyyat:  günün şirniyyatı
  • 2 növ salat seçimi ilə : paytaxt salatı, mimoza salatı, toyuq salatı, manqal salatı
  • Əsas yemək : lülə kabab və quzu tikə kabab,
  • İçkilər : kompot, su və çay

 

Seçilən
10
fed.az

1Mənbələr