Estoniyanın xarici işlər naziri Maqnus Tsaxna Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinə dair razılaşmanı alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, X hesabında yazıb.
XİN rəhbəri bu vəziyyəti tarixi hesab edib: "Estoniya Ermənistan və Azərbaycan arasında tarixi razılaşmanı alqışlayır. Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır və biz sülh sazişinin tezliklə imzalanmasını səbirsizliklə gözləyirik".
Ağarza Elçinoğlu