AZ

ABŞ vitse-prezidenti:Tramp Şərqi Avropada nüvə silahı yerləşdirsə…

ABŞ-ın vitse-prezidenti J.D.Vens martın 13-də bildirib ki, ABŞ prezidenti Donald Tramp Şərqi Avropada nüvə silahı yerləşdirmək istəsə, çox təəccüblənəcək.Vətəninfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən prezidentlə bu məsələ ilə bağlı konkret danışmamışam, lakin o, nüvə silahının Avropada daha da şərqə yayılması ideyasını dəstəkləsəydi, şoka düşərdim”. O, Polşa prezidentinin ölkə ərazisində Amerika nüvə silahlarının yerləşdirilməsi ilə bağlı çağırışına cavab verərək, “Söhbət bəşəriyyətin gələcəyindən gedir” deyib.

Martın 13-də Polşa prezidenti Anjey Duda “Financial Times” qəzetinə müsahibəsində ABŞ-ı Rusiyaya qarşı çəkindirici vasitə kimi Polşada nüvə silahı yerləşdirməyə çağırıb. Duda qeyd etmişdi ki, 1999-cu ildə Polşanın NATO-ya qoşulması zamanı alyansın sərhədləri də şərqə doğru hərəkət etdiyi üçün NATO-nun infrastrukturu şərqə doğru köçürülməlidir.

Seçilən
15
veteninfo.az

1Mənbələr