AZ

Qızılın qiymətində rekord: 3000 dollar yaxınlaşdı

"Təhlükəsiz sığınacaq" aktivlərindən biri olan qızıl, gömrük rüsumları siyasətinin mümkün nəticələri ilə bağlı narahatlıqlar səbəbindən rekordlar qırmağa davam edir. Qızılın unsiyasının qiyməti 0,17 faiz də artaraq 2993,94 dolları görüb.

Beləliklə, qiymətli metalın unsiyasının qiyməti 3 min dollara yaxınlaşıb.

2025-ci ilin ilk gününə 2620 dollardan başlayan qızılın unsiyası, bu il 13 dəfə rekord qıraraq ilin əvvəlindən təxminən 373 dollar dəyər qazanıb. Qızılın unsiya qiyməti ötən il 27 faiz, bu il isə 17 faiz artıb.

ABŞ prezidenti Donald Trampın tarif (gömrük rüsumları) siyasəti qızıl bazarında ən güclü qiymət artıran amillərdən biridir.  

Seçilən
2
1
marja.az

3Mənbələr