Çempionlar Liqasından sonra Avropa Liqası və Konfrans Liqasında da 1/8 final mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, dünən keçirilən cavab oyunlarının ardından ölkələrin UEFA reytinqi yenilənib.
Azərbaycan 30-cu pillədəki mövqeyini qoruyub. Ölkəmizin aktivindəki ümumi xal sayı 19,625 xaldır. Azərbaycandan aşağı pillələrdə qərarlaşan ölkələrin də avrokuboklarda klubu qalmayıb. Bu da o deməkdir ki, ölkəmiz mövsümü 30-cu pillədə başa vuracaq.
Reytinqdə isə cəmi bir yerdəyişmə olub. 15-ci pilləyə yüksələn Polşa Danimarkanı oradan sıxışdırıb.
Cədvələ başçılıq edən İngiltərənin 109,982 xalı var.