AZ

Trampın xüsusi elçisi Uitkoff Putin ilə görüşmədən Moskvanı tərk edib

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan uçub.

Bu barədə "İzvestiya” məlumat yayıb.

Nəşrin təqdim etdiyi kadrlarda diplomatın kortejinin Moskvanın Vnukovo hava limanına daxil olduğunu görmək olar.
 


 

Uitkoff Moskvadakı Amerika səfirliyini ziyarət edib. O, orada təxminən bir saat qalıb, əvvəllər qeyd edildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözləyib. Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov qeyd edib ki, görüş Putinin "siqnalı” ilə keçiriləcək.


"Prezident Uitkoff ilə danışıqlara başlayacağı barədə siqnal verəndə, onu Kremlə çağıracaqlar və o, prezidentlə görüşəcək”, – deyə TASS daha əvvəl Uşakovdan sitat gətirib


Görüşün keçirilməsi barədə məlumat daxil olmayıb.

 

 


Seçilən
15
3
7news.az

4Mənbələr