“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ilə futbolçusu Allan Sen-Maksimen arasında gərginlik yaşanıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı onu Avropa Liqasının 1/8 finala mərhələsində “Reyncers”lə matçın iştirak ərizəsinə salmayıb.
Buna əsəbiləşən Allan Sen-Maksimen sosial media hesabında etirazını bildirib:
“Məni yıxmaq üçün bundan daha çox şey lazım olacaq. Yalan liftə mindikdə həqiqət pilləkənləri çıxır, daha uzun vaxt alır, amma həmişə sonuna çatır. Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?”.
Joze Mourinyo da matçdan öncə keçirilən konfransda futbolçuya cavab verib:
“Maksimenin poeziya sahəsində istedadlı olduğunu bilmirdim.
Əgər oyunçu yaxşı məşq etmirsə, gecikirsə və matça hazır deyilsə, o, tez qalxmaq üçün liftə ehtiyac duyur, çünki pilləkənlərdə çox tez yorulur”.
Bundan sonra ulduz futbolçu sosial media hesabında 2022-ci ildəki çəkisini və “Fənərbaxça”ya keçdikdən sonra hazırkı çəkisini paylaşaraq Joze Mourinyoya cavab verib. O bu sözləri yazıb: “Yalan çiçək açır, meyvə vermir”.