AZ

Ramzan Kadırov Ukrayna hərbçilərini təslim olmağa çağırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Suca şəhərində qalan döyüşçülərini təslim olmağa çağırıb. 

Missiya.Az xəbər verir ki, o, bu barədə özünü “Teleqram” kanalında məlumat yayıb.

Siyasətçi qeyd edib ki, bu, ukraynalı əsgərlərin həyatını xilas etməyə kömək edəcək.

“Axı Rusiya ilə döyüşməkdənsə, onun yanında sülh və harmoniyada yaşamaq daha yaxşıdır. Belə qarşıdurmanın nəticəsi əvvəlcədən məlumdur, istənilən düşmən və təcavüzkar məğlub olacaq”, - deyə Kadırov vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr