AZ

Maskın suda üzəcəyini iddia etdiyi elektrik pikapı göldə batıb

Bakı, 14 mart, AZƏRTAC

2023-cü ildə, “Cybertruck” elektrik pikapının kütləvi istehsalına başlamazdan əvvəl “Tesla” şirkətinin rəhbəri İlon Mask bildirmişdi ki, bu maşın kifayət qədər suyadavamlı olacaq və bir müddət qayıq kimi istifadə oluna biləcək, hətta “çayları, gölləri və sakit dəniz dalğalarını üzüb keçəcək”.

Lakin Kaliforniyada “Tesla”nın bu maşınının sahiblərindən biri öz təcrübəsində əmin oldu ki, “Cybertruck” heç də qayıq deyil.

Hadisə martın 10-da Kaliforniyanın Ventura limanında baş verib. Həmin gün Maskın pərəstişkarlarından biri öz nəqliyyat vasitəsini suda sınaqdan keçirmək qərarına gəlib, lakin “Cybertruck” batıb.

Seçilən
6
2
azertag.az

3Mənbələr