AZ

Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rbc.ru nəşri yazıb.
Çikaqo Ticarət Birjasında (CME) aprel füçersləri Bakı vaxtı ilə saat 08:43-ə olan məlumata görə, 0.34% bahalaşaraq bir unsiya üçün 3 001.62 dollar olub.
Qızılın bir unsiyasının birja qiyməti tarixdə ilk dəfə olaraq 3000 dollar həddini keçib.
Qeyd edilib ki, kotirovkaların yüksəlməsi ticarət gərginliyinin artması fonunda dünyada təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqədar olub.
ABŞ Prezidenti Donald Trampın metala gömrük rüsumları tətbiq etməsindən sonra qızılın qiyməti rekord həddə çatıb.
Seçilən
1
oxu.az

1Mənbələr