AZ

Son iki ayda pensiya ödənişlərinə 1 milyard 178 milyon manat vəsait yönəldilib

Bakı, 14 mart, AZƏRTAC

Yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (103 milyon manat) çox olmaqla 1 milyard 178 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
12
8
azertag.az

10Mənbələr