1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın sahilyanı ərazilərində baş verən zorakılığı pisləyən bəyanat hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sənəddə Suriyanın müvəqqəti hökumətindən ölkədəki etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların müdafiəsini təmin etmək tələb olunur.
Xatırladaq ki, martın 6-da Suriyanın Əl-Laziqiyyə, Tartus və Homs əyalətlərində ölkənin yeni rəhbərliyinin nəzarətində olan təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən birləşmələr arasında toqquşmalar başlayıb. Silahlı qarşıdurma mülki əhali arasında böyük insan itkisi ilə nəticələnib.