AZ

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub (FOTO)

Bakı. Trend:

13 mart tarixində Azərbaycan Respublikasının Nazirlər KabinetiAparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəliSərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərinvaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlətorqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinintəmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların(qurumların) səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçiqrupun iclası keçirilmişdir.

Trend bubarədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdətutulmuşdur. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzindəBakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının vəötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi vəyenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcudstansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metroşəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcudşəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası,yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olanavtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobuslarınalınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərinicrası həyata keçiriləcəkdir.

İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilənməsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarınınfəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələraparılmışdır.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararasıəlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinəyetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinqvə qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədəməlumat verildi.

İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilənməsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digəricraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlarverilmişdir.

Bakı
Bakı
Bakı
Bakı
Məqalədə:
Seçilən
1
25
az.trend.az

10Mənbələr