AZ

Ukraynaya 40 milyard avro yardım ayrıla bilər

Avropa İttifaqı Macarıstanın vetosundan yayınmaq üçün Ukraynaya hərbi yardım fondunun yaradılmasını təklif edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalı məlumat yayıb.

Bildirilir ki, fondun həcmi 20-40 milyard avro dəyərində olacaq və iştirak könüllü əsasda aparılacaq. 

Təklif layihəsində qeyd olunur ki, 2025-ci ildə Aİ ölkələri Ukraynaya ən azı 20 milyard avro həcmində hərbi yardım göstərə bilər, ehtiyaclara görə bu məbləğ 40 milyard avroya qədər arta bilər. 

Qeyd olunur ki, ilk mərhələdə 5  milyard avro ayrılacaq və bunun  2 milyon avrosu iriçaplı artilleriya mərmisinin tədarükü üçün nəzərdə tutulur.

Digər prioritetlər arasında hava hücumundan müdafiə sistemləri, raketlər, dronlar, qırıcı təyyarələr, həmçinin avadanlıqların texniki xidməti və “qeyri-döyüş dəstəyi” var.

Məlumata görə, ölkələr fonda öz iqtisadi güclərinə uyğun şəkildə töhfə verəcəklər.

Sənəddə, həmçinin "təhlükəsizlik təminatına töhfə" ilə bağlı müddəalar yer alır, lakin təfərrüatlar açıqlanmır.

Aİ ölkələri fonda qoşulmaq barədə qərarlarını 30 aprel tarixinə qədər bildirməlidirlər.

Seçilən
2
cebheinfo.az

1Mənbələr