AZ

Müştərilər ABB-nin təcili kart xidmətindən narazıdır

“Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə təqdim etdiyi təcili kart sifarişi xidməti dedikləri kimi çalışmır.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Nəzrin Məmmədova məlumat paylaşıb. O bildirib ki, kartın ödənişini etdikdə sonra bildirirlər ki, kartı vermək bu gün mümkün olmayacaq:

“Gün ərzində saat 12:00-a qədər sifariş verilən kartların həmin gün ərzində hazır olacağı deyilsə də, ödənişi alandan sonra həmin günə mümkün olmadığını bildirdilər. Üstəlik dəqiq vaxt da bildirmirlər. Odur ki, bu xidmətdən istifadənin bir əhəmiyyəti yoxdur. Onsuz da təcili kart lazım olsa da, ABB kartı təcili çatdırmır, sizi gözlədir”.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

 

Seçilən
1
tribunainfo.az

1Mənbələr