AZ

Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışlayırıq - İspaniya XİN

İspaniyanın Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə əldə olunan razılaşmanı alqışlayır.

Missiya.Az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İspaniya Ermənistan ilə Azərbaycan arasında razılaşma xəbərini alqışlayır və ümid edir ki, bu bəyanat iki ölkə arasında yekun sazişin bağlanmasına səbəb olacaq”, - deyə vurğulanıb.

Qeyd olunub ki, İspaniya Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini bir daha təsdiqləyir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr