AZ

Keçmiş arvadına görə anası ilə mübahisə etdi, atasını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amil Mahmudovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Amil Mahmudovun barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.


İttihama görə, hadisə 04 fevral 2025-ci il tarixdə, saat 18:30 radələrində Abşeron rayonunun kəndlərindən birində qeydə alınıb.


Belə ki, həmin gün Amil Mahmudov sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Təqsirləndirilən şəxs anasına keçmiş arvadı ilə onu barışdırmaqdan ötrü müraciət edib. Bu zaman ana ilə oğulun arasında mübahisə yaranıb. Amilin atası, zərərçəkmiş Qafur Mahmudov (şərti) isə onları sakitləşdirmək istəyib. Həmin vaxt Amil atasına əsəbiləşərək onun üzərinə hücum edib. Sonra o, qəsdən əvvəlcə əlləri ilə zərərçəkmiş şəxsin köynəyinin yaxasından tutub itələyərək yerə yıxıb. Təqsirləndirilən şəxs ardınca isə Qafur Mahmudovun bel və bədəninin müxtəlif nahiyələrinə əl, yumruq, təpiklə qəsdən zərbələr vuraraq, ona az ağır zərər yetirib.


Bu zaman Amilin nası telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat verib. Hadisədən sonra Malik Qasımov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmədə zərərçəkmiş Qafur Mahmudov oğlu ilə barışıb, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov 

Tarix: 14 Mart 2025, 10:42   
Seçilən
19
pravda.az

1Mənbələr