AZ

Bakıda əməliyyat keçirilib, “Kalaşnikov” tapılıb - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində silah tapılıb.

Herbiand.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Seçilən
9
26
herbiand.az

10Mənbələr