Azərbaycan Premyer Liqasında 27-ci tur start götürür.
Msport.az xəbər verir ki, bu gün bir oyun keçiriləcək.
Açılış matçında “Şamaxı” “Araz-Naxçıvan”ın qonağı olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan naxçıvanlılar ilk “üçlüy”ü tərk etməmək üçün qələbə qazanmalıdır. “Şamaxı” isə autsayderlər zonasından bir qədər də uzaqlaşmaq niyyətindədir.
Premyer Liqa
27-ci tur
14 mart (cümə)
19:00. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”