Moskva vilayətinə PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Qubernator Andrey Vorobyov vilayət üzərində 3 PUA-nın zərərsizləşdirildiyini bildirib.
“PUA-lardan birinin qalıqları İzmaylovo mikrorayonundakı tikinti sahəsinə düşüb, digəri Jeleznodorojnıy mikrorayonunda məhv edilib. Üçüncü PUA Leninsk şəhərinin Yujnaya Bitsa mikrorayonunda vurulub. PUA-nın qalıqları heç kimin yaşamadığı binaya düşüb”, - qubernator bildirib.