AZ

Qərardan sonra ilk dəfə səfər edəcək: Netanyahu həbs oluna bilər

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu gələn ay Macarıstana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın dövlət naziri Qerqey Qulyaş açıqlama verib.

O, Netanyahunun Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə aprelin 20-dən əvvəl Budapeştə gedəcəyini bildirib.

Bu, Netanyahunun BCM həbs qərarı çıxardıqdan sonra Avropaya ilk səfəri olacaq.

İsrailin “Kanal 12” telekanalı BCM-in həbs qərarına baxmayaraq Macarıstana səfər edəcək Netanyahunun həbs olunma riski ilə üzləşdiyini bildirib.

Seçilən
3
publika.az

1Mənbələr