Olaylar.az xəbər verir ki, bu barədə o, Fox News kanalına müsahibəsində bildirib.
"Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, amma əgər o, nüvə silahını daha da şərqə yerləşdirməyi dəstəkləsəydi, şoka düşərdim. Burada bəşər sivilizasiyasının gələcəyindən söhbət gedir", - deyə Vens vurğulayıb.
Onun bu açıqlaması Polşa Prezidenti Andjey Dudanın ABŞ-ni ölkəsində nüvə silahı yerləşdirməyə çağırmasından sonra gəlib. Duda Financial Times-a verdiyi müsahibədə NATO-nun infrastrukturunun şərqə doğru hərəkət etməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, NATO sərhədləri 1999-cu ildə Polşanın alyansa üzv olmasından sonra şərqə doğru genişlənib və buna uyğun olaraq hərbi qüvvələr də eyni istiqamətdə irəliləməlidir.