AZ

Rusiya, Çin və İran bütün qeyri-qanuni sanksiyaları ləğv etməyə çağırır

Rusiya, Çin və İran bütün qeyri-qanuni sanksiyaları ləğv etməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Pekində İranın nüvə problemi ilə bağlı keçirilən iclasda bildirib.

“Biz vurğulayırıq ki, bütün qeyri-qanuni sanksiyalar ləğv edilməlidir”,- deyə bildirilib.

Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Çin və İran arasında dərin fikir mübadiləsi aparılıb, sülh məsələlərinə və sanksiyaların aradan qaldırılmasına xüsusi diqqət yetirilib.

Rusiya, Çin və İran nümayəndələrinin İranın nüvə problemini müzakirə etdiyi iclasa Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu sədrlik edir. Tərəflərin nüvə problemindən əlavə, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması yollarını, Tehran, Moskva və Pekin arasında BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr