AZ

İran 3 Avropa ölkəsinin səfirlərini XİN-ə çağırdı

Almaniya və Fransanın Tehrandakı səfirləri, həmçinin Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Buna səbəb BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı keçirdiyi qapalı iclas olub.

İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Baş direktorluğu bu üç ölkəni məsuliyyətsiz və təxribatçı yanaşmada ittiham edib və kəskin etirazını bildirib.

“İranın nüvə proqramı ilə bağlı Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi heç bir texniki və hüquqi əsasa malik deyil və ABŞ-ın birtərəfli və gərginlik yaradan yanaşmalarına uyğun olaraq təxribat və siyasi hərəkət hesab olunur”, – İran XİN-i qeyd edib.

Xatırladaq ki, martın 13-də İranın nüvə proqramı ilə bağlı iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilib.

Seçilən
1
2
yenicag.az

3Mənbələr