AZ

İran, Çin və Rusiya Tehranın nüvə məsələsini müzakirə edib - YENİLƏNİB

İranın nüvə problemi ilə bağlı Pekində keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflər birgə bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə "Global Times" məlumat yayıb.

Bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib:

“Çin, Rusiya və İran bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoyulmasının vacibliyini vurğulayıblar. Onlar müvafiq tərəfləri əsas səbəbləri aradan qaldırmağa, sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar”.

Qeyd edilib ki, tərəflər qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu bir daha vurğulayıb.
Üç ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinin əhəmiyyətini və onun müddətinin əhəmiyyətini bir daha təsdiqləyib.
Müvafiq tərəfləri vəziyyəti gərginləşdirmək üçün addımlar atmaqdan çəkinməyə və diplomatik səylər üçün əlverişli şərait yaratmağa çağırılıb.
Tərəflər yaxın məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

09:30

Pekində İranın nüvə problemi ilə bağlı Çin-Rusiya-İran görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Çin dövlət televiziyası bildirib.

İran, Çin və Rusiyanın yüksək vəzifəli rəsmiləri bu gün Pekində keçirilən görüşdə Tehranın nüvə məsələsini müzakirə edirlər.

Görüşdə Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edir.

Seçilən
1
apa.az

1Mənbələr