Bakı. Trend:
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasıbaşlayıb.
Trend xəbərverir ki, plenar iclasın gündəliyinə aşağıdakı 1 məsələ daxiledilib:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatı.
Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkəninsosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksinitapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsizamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələrbarədə də ətraflı məlumat daxil edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin illik hesabatlarınınparlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmaslarınartması, sosial-iqtisadi inkişaf məsələlərinin obyektivaraşdırılması və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının MilliMəclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadməsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti həril Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətihaqqında hesabat verir.