Bakı. Trend:
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Suskəndində Baş Plan üzrə 77 (birinci mərhələdə 73) birmərtəbəli fərdiyaşayış evləri, sonradan isə kəndin davamı olaraq Bəylik kəndi iləbirlikdə layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Ümumiailələrin sayı 150, perspektivdə isə 160 ailənin buradaməskunlaşdırılması planlaşdırılıb.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, sosial obyektlərdən 132 şagird-yerlikməktəb və 50 yerlik uşaq bağçasının layihələndirilməsi vətikintisi, eləcə də Baş Planda gəlir gətirən obyektlər (investorlartərəfindən inşa olunması gözlənilən ticarət, iaşə, xidmət və digərobyektlər) üçün ərazilər nəzərdə tutulub. Sus kəndində fərdiyaşayış evlərinin və sosial obyektlərin işçi layihələri tamhazırlanıb, ərazidə söküntü-təmizləmə işləri başa çatdırılıb,evlərin tikintisi və şaquli planlaşdırma işləri tam həcmdə görülüb.Qəsəbədaxili su ötürücü kanalların və dağ yamacları boyuncakanalların tikintisi, təsərrüfat yollarında 600 mm-lik politelenboru ilə kanalların qurulması, su-kanalizasiya sistemi işləri,məktəb və bağçanın tikintisi başa çatdırılıb, Həkəri çayı boyuncaistinad (beton) divarları çəkilib, yağış sularından mühafizə üçünistinad divarlarının tikintisi işləri 80 % icra olunub.
Bəylik kəndinin (Sus kəndi ilə birlikdə) Baş Planının Şəhərsalmaəsaslandırması hazırlanıb, Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinə təqdim edilib və müsbət rəy alınaraq təsdiq edilib. Kəndüzrə evlərin (91 ev) tikintisi 93 %, klub-icma mərkəzinin tikintisi72 %, yol yatağının tikintisi 82 %, istinad divarlarının tikintisi67 %, ərazinin şaquli planlaşdırması 75 % icra edilib.
Cəbrayıl rayonunun Şükürbəyli kəndi üzrə (Dəjəl, Şıxalıağalıkəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə) birinci mərhələdə 635ailə üzrə fərdi yaşayış evlərinin, 1 ədəd 360 şagird-yerlikməktəbin, 2 ədəd 80 yerlik uşaq bağçasının, həkim məntəqəsi,inzibati binanın, klub-icma mərkəzinin, musiqi məktəbinin vəyanğınsöndürmə deposunun tikintisi nəzərdə tutulub. Əlavə olaraqticarət binası, məişət evi, motel, idman-sağlamlıq mərkəzi, aptek,çörək sexi, ərzaq marketinin layihələndirilməsi və tikintisiplanlaşdırılıb. Ərazidə söküntü-təmizləmə işləri, evlərin və sosialobyektlərin təməlinin qoyulması, inzibati binanın tikintisi tambaşa çatdırılıb. Bundan əlavə, 526 evin və suvarma xəttininçəkilişi 50 %, bağça və həkim məntəqəsinin tikintisi 90 %,su-kanalizasiya xətlərinin çəkilməsi 30 %, elektrik və rabitəxətlərinin çəkilməsi 35 %, məktəbin tikintisi 25 %, aptekintikintisi 10 %, yol tikintisi 7 %, qaz və su xətlərinin çəkilməsi20 %, kabel xətlərinin çəkilişi işləri 25 % icra olunub. Klub-icmamərkəzinin və musiqi məktəbinin tikintisinə başlanılmış və hazırdaişlər davam etdirilir.
Laçın rayonunun Güləbird kəndində 581 ailəlik yeni yaşayışməntəqəsinin salınması məqsədilə birinci mərhələdə 150 fərdi evin,432 şagird-yerlik məktəbin, 80 yerlik uşaq bağçasının, klub-icmamərkəzinin, inzibati binanın, ailə sağlamlıq mərkəzinin, idmanklubu, məişət evi, mərasim zalı, ərzaq marketi və ticarət binasınınlayihələndirilməsi və tikintisi nəzərdə tutulub. Yaşayışməntəqəsinin tikintisinə 2024-cü ilin aprel ayında başlanılıb,ərazidə söküntü-təmizləmə işləri tam başa çatdırılıb, bütün evlərinbünövrəsi qazılaraq 58 evin tikintisinə başlanılıb. Ərazidə yolyatağının açılması işləri 70 %, yolların çəkilişi vəsu-kanalizasiya sisteminin qurulması 40 %, evlərin, məktəb, bağça,inzibati binanın, klub-icma mərkəzinin tikintisi işləri 10 % yerinəyetirilib. Hazırda işlər davam etdirilir.
Kəlbəcər rayonunun Zar kəndində 855 ailəlik yaşayış məntəqəsinininşası üçün birinci mərhələdə 547 fərdi evin, 528 şagird yerlikməktəbin, 100 yerlik uşaq bağçasının, mədəniyyət evi, inzibatibina, ailə sağlamlıq mərkəzinin (aptek ilə birgə), çayxana-kafe,məişət evi, mərasim zalı, ərzaq marketi və ticarət binasınınlayihələndirilməsi və tikintisi nəzərdə tutulub. Yaşayışməntəqəsinin tikintisinə 2024-cü ilin avqust ayında başlanılıb.
Zallar kəndində 487 ailəlik yaşayış məntəqəsinin salınması üçünbirinci mərhələdə 350 fərdi evin, 264 şagird yerlik məktəbbinasının, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzi, inzibatibina, ailə sağlamlıq mərkəzinin (aptek ilə birgə), idman klubu,ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisinəzərdə tutulub.
Yanşaq kəndində 421 ailəlik yaşayış məntəqəsinin inşası üçünbirinci mərhələdə 218 fərdi evin, 264 şagird yerlik məktəbbinasının, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzi, inzibatibina, tibb məntəqəsinin (aptek ilə birgə), idman klubu, ərzaqmarketi və ticarət binasının layihələndirilməsi və tikintisinəzərdə tutulub. Kəlbəcər rayonunun hər üç yaşayış məntəqələri üzrəərazilərdə mövcud olan dağıdılmış tikililərin söküntüsü vətəmizlənməsi işləri tam başa çatdırılmış, ərazilərdə bünövrəçalalarının qazıntısına başlanılıb.
Bundan əlavə, Laçın rayonunun Zabux kəndində yağış sularındanmühafizə üçün istinad divarlarının tikintisi 70 %, su ötürücükanalların tikintisi isə 60 % həcmdə icra olunub.