Bakı. Trend:
2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı 1778,5 min nəfər, o cümlədən iqtisadiyyatındövlət sektorunda 882,8 min nəfər, qeyri-dövlət sektorunda isə895,7 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdlaçalışan işçilərin 22,8 %-i məhsul istehsalı, qalanları isə müxtəlifxidmət sahələrində fəaliyyət göstəriblər.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü il ərzində 160,0 min nəfərmünasib işlə təmin edilib, 17,1 min nəfər haqqı ödənilən ictimaiişlərə, 15,6 min nəfər peşə hazırlığı kurslarına, 17,3 min nəfərözünüməşğulluq proqramına cəlb olunub, 9,8 min nəfərə isəişsizlikdən sığorta ödənişi təyin olunub.
2024-cü ildə 15,6 min nəfər peşə hazırlığına cəlb olunub, peşəhazırlığını bitirənlərdən 55 %-i işlə təmin olunub. Peşəhazırlığına cəlb olunan 15,6 min nəfərdən qadınların sayı 9,9 minnəfər, gənclərin sayı (14-29 yaş arası) 7,7 min nəfər, əlilliyiolan şəxslərin sayı 476 nəfər, keçmiş məcburi köçkünlərin sayı 1,4min nəfər, cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin sayı 39nəfər, müharibə iştirakçılarının sayı 368 nəfər, şəhid ailəsininüzvlərinin sayı 15 nəfər təşkil edib.
Hesabat dövrü ərzində özünüməşğulluq proqramına 17,3 min nəfərcəlb olunub. Onlardan 11,2 min nəfəri kənd təsərrüfatı, 6,1 minnəfəri isə istehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib.Həmin şəxslərdən 135 nəfəri şəhid ailəsi üzvü, 1,5 min nəfəriəlilliyi olan şəxs, 1 020 nəfəri məcburi köçkün, 7,4 min nəfəriqadın, 2,3 min nəfəri 29 yaşadək gənc, 307 nəfəri cəzaçəkməmüəssisəsindən azad olunmuş şəxs və 84 nəfəri ünvanlı dövlət sosialyardımı alan şəxslər olub.
Hesabat dövrü ərzində 9,8 min nəfər işsiz şəxsə işsizlikdənsığorta ödənişi təyin olunub ki, bu da 2023-cü ilə nisbətən 1,4 minnəfər çoxdur. 2024-cü ildə işsizlikdən sığorta ödənişləriüçün 2023-cü illə müqayisədə 1 mln. manat çox olmaqla 13,9 mln.manat vəsait xərclənilib.
2024-cü il üzrə 17,1 min nəfər haqqı ödənilən ictimai işlərəcəlb edilib, onlardan 128 nəfəri şəhid ailəsi üzvü, 2,1 min nəfəriəlilliyi olan şəxs, o cümlədən 226 nəfəri müharibə əlili, 525nəfəri müharibə veteranı, 437 nəfəri keçmiş məcburi köçkün, 6,5 minnəfəri qadın, 1,1 min nəfəri 29 yaşadək gənclər, o cümlədən 51nəfəri 20 yaşadək gənc, 802 nəfəri pensiya yaşına iki ildən azqalmış şəxslər olub.
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilənisbətən 8,1% artaraq 1009,2 manat təşkil edib.Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyrineft-qaz sektorunda 959,6 manat təşkil edib.Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 975,2manat, özəl müəssisələrdə isə 1044,1manat olub.
2024-cü il ərzində 2,7 min halda işəgötürənlər tərəfindən əməkqanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilmişinzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəlişəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslərbarəsində inzibati qərarlar qəbul edilərək 4,9 mln.manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub,həmin cərimələrdən 2,3 mln. manatının dövlətbüdcəsinə ödənilməsi təmin edilib. Xidmətin vəzifəli şəxsləri vəməhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsindəinzibati qərarlar qəbul edilərək 20 işəgötürənə 156,8 minmanat məbləğində inzibati qaydada cərimə tətbiqolunub.
Xidmət tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraqvətəndaşlara ödənilməsi gecikdirilmiş 213,1 minmanat məbləğində vəsaitin (onlardan 88,6%-i əməkhaqqı,1,2%-i zərərə görə ödənc, 10,2%-i sosial müavinət və kompensasiya)ödənilməsi təmin edilib.
Qanunvericiliyin tələblərinə riayət etməyən işəgötürənlər barədəgörülmüş inzibati məsuliyyət tədbirləri nəticəsində İnzibatiXətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə 263 halda 503min manat, 192.3-cü maddəsi üzrə 156 halda 176,8min manat inzibati cərimə tətbiq edilib.