“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes UEFA Avropa Liqasının tarixinə düşüb.
Publika.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi turnir tarixinin ən məhsuldar oyunçusudur. O, 45 qolun vurulmasında birbaşa iştirak edib. Brunonun aktivində 24 qol və 21 məhuldar ötürmə var. O, bu göstəricidə Avroliqa tarixində birincidir.
Fernandes son olaraq Avropa Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la cavab oyununda (4:1) dulb edərək komandasının növbəti mərhələyə vəsiqə qazanmasında pay sahib olub.
Heybət