AZ

Azərbaycanda istehsal olunan hərbi məhsulların əhəmiyyətli hissəsi ixrac edilib

Son iki ildə dövlət müdafiə sifarişinin həcmi iki dəfədən çox artıb və hazırda istehsal edilən hərbi məhsulların əhəmiyyətli hissəsi ixraca yönləndirilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin müdafiə sənayesi davamlı inkişaf yolundadır və istehsal edilən hərbi məhsulların çeşidinin daha da artırılması Müdafiə Sənayesi Nazirliyinin qarşısında duran prioritet vəzifələrdəndir. Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yaradılmış "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC milli maraqların təmin olunması kimi məsuliyyətli vəzifənin həllinə səfərbər olunub və hazırda nazirliyin tabeliyində olan qurumlarda insan əməyini minimuma endirən rəqəmsal, geniş proqram təminatına malik mürəkkəb texnoloji xətt və avadanlıq dəstləri, müxtəlif təyinatlı dəzgah, cihaz, alət və tərtibatlarla təchiz olunmuş bir çox istehsal sahəsi fəaliyyət göstərməkdədir və yeni növ məhsulların İstehsalı ildən-ilə artmaqdadır. Son iki ildə dövlət müdafiə sifarişinin həcmi iki dəfədən çox artıb və hazırda istehsal edilən hərbi məhsulların əhəmiyyətli hissəsi ixraca yönləndirilib.

Qeyd edilib ki, 2024-cü ildə Müdafiə Sənayesi Nazirliyi tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 mln. manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14,7% çoxdur. 2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilmiş, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanmış və tam icra olunub.

Hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565,8 mln. manat təşkil edib.

2024-cü ildə Müdafiə Sifarişi Proqramı üzrə 59 adda mövzunu əhatə edən 63 müdafiə təyinatlı məmulat üzrə təcrübi-konstruktor işləri aparılıb. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2024-cü ildə müdafiə təyinatlı məmulatların yaradılması işləri istiqamətində 12 mövzu üzrə təcrübi-konstruktor və 8 mövzu üzrə elmi tədqiqat işləri davam etdirilib.

Seçilən
19
2
apa.az

3Mənbələr