Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemindəsığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 2024-cü ilinsonuna 5,2 mln. nəfərə çatıb.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2006-2016-cı illər üzrə sığortaedənlərtərəfindən ödənilmiş, lakin sığotaolunanların fərdi hesablarındaəks etdirilməmiş 1440,6 mln. manat vəsait üzrə2020-2024-cü illərdə görülmüş əməktutumlu fəaliyyətin nəticəsiolaraq sığortaolunanların (hərbçilər və xüsusi rütbəli şəxslərdaxil olmaqla) fərdi hesablarında əks etdirilmiş məbləğlərümumilikdə 88,6 %-ə və ya 1276,8 mln. manataçatdırılıb.
2024-cü ilin əvvəlindən 1 365 dövlət icbari şəxsi sığortahadisəsi üzrə 1416 şəxsə 4,2 mln. manat məbləğindəsığorta ödənişi həyata keçirilib.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların başverməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara,daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinəbirdəfəlik ödəmələr həyata keçirilir. 2024-cü ildə 207 nəfərətəyinat aparılıb, bu istiqamət üzrə ödənilmiş vəsaitin ümumiməbləği 2,1 mln. manat təşkil edib.