AZ

Ötən ildə bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat təşkil edib

Bakı. Trend:

2024-cü ildə 76,0 min aztəminatlı ailənin 334,5 min ailə üzvünəünvanlı dövlət sosial yardımının (ÜDSY) ödənişi təmin olunub, birailəyə düşən sosial yardımın ortaaylıq məbləği isə 475,2manat təşkil edib.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü ildə 453,3 min nəfərə və yaölkə əhalisinin 4,4 %-nə aylıq, 63,3 min nəfərə və ya ölkəəhalisinin 0,6 %-nə birdəfəlik xarakterli olmaqla, ümumilikdə 516,6min nəfərə və ya ölkə əhalisinin 5,1 %-nə sosial müavinət, 401,4min nəfərə və ya ölkə əhalisinin 3,9 %-nə isə Prezident təqaüdüödənilib.

2024-cü il ərzində ümumilikdə 151.8 min nəfərə elektron qaydadasosial müavinət və Prezident təqaüdü təyin olunub.

Seçilən
4
az.trend.az

1Mənbələr