AZ

Bahalaşma barədə xəbərdarlıq

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard ticarət müharibəsinin dünya iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdarlıq edib.

“Cebheinfo.az” xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tariflərinin qlobal iqtisadiyyata mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Laqard BBC-yə açıqlamasında bildirib: 

“Əgər  ticarətin əhəmiyyətli dərəcədə zərər görəcəyi real ticarət müharibəsinə girsək, bunun ciddi nəticələri olacaq. Bu, bütün dünyada,  xüsusən də ABŞ-də artıma və qiymətlərə təsir edəcək". Laqard Trampın qərarlarının və əks addımlarının narahatlıq doğurduğunu deyib: "Son dərəcə diqqətli olmalıyıq" . 

O, mövcud vəziyyətin risklərinə də diqqət çəkərək, "Bu, uzun müddətdir görmədiyimiz qeyri-müəyyənlik səviyyəsinə səbəb olur",- deyib. Qeyd edək ki, Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra tədricən tarif siyasətini həyata keçirməklə qlobal ticarət gərginliyini artırıb. Bu siyasətlər iqtisadi artımı ciddi şəkildə boğmaq riski daşıyır və şirkətlər, istehlakçılar və investorlar üçün artan qeyri-müəyyənlik səbəbindən artıq iqtisadi fəallığı yavaşladır. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr