AZ

2024-cü ildə 8 818 şəhid ailəsi üzvünə 17 497 sosial ödəniş təyin edilib

Bakı. Trend:

Postmüharibə dövründə 130 min unikal şəxs 369 min sosial dəstəktədbiri ilə əhatə olunub.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Belə ki:

  • 3 323 şəhidin (o cümlədən 86 mülki şəhidin) 8 818 ailə üzvünə17 497 sosial ödəniş (8 613 Prezident təqaüdü, 5 666 sosialmüavinət, 3 218 pensiya) təyin edilib;
  • bütün mülki şəhidlərin ailə üzvlərinə (229 nəfərə 480 ödəniş)sosial ödəniş təyinatları yekunlaşdırılıb;
  • 4 214 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 8 428 sosialödəniş təyin edilib;
  • 25,3 min şəxs məşğulluq tədbirlərinə (12,2 min şəxsözünüməşğulluq proqramına, 12 min şəxs işədüzəltməyə, 1,1 min şəxspeşə hazırlıq kurslarına) cəlb edilib;
  • 1 529 şəhid ailəsi üzvü, 886 nəfər müharibədə xəsarət alan şəxsvə 2 812 nəfər müharibə iştirakçısı olmaqla ümumilikdə 5 227 nəfərhaqqı ödənilən ictimai işlərə cəlb edilib;
  • məşğulluq marafonu çərçivəsində 690 işəgötürən tərəfindən 2 538şəxs müvafiq işlə təmin olunub;
  • 6 800 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyiolan və həssas təbəqədən olan digər şəxslərə verilib;
  • 567 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərətəqdim edilib;
  • 2 954 ailənin üzvlərinə psixoloji dəstək göstərilmiş vəödənişsiz dərman verilib;
  • reabilitasiya müəssisələrində 3 506 nəfərə reabilitasiya vəsosial-psixoloji xidmətlər göstərilib;
  • 491 hərbçi (I Qarabağ müharibəsi və Vətən müharibəsi) 607 ədədyüksək texnologiyalı müasir protezlə təmin edilib;
  • 70 min reabilitasiya xidməti göstərilib.

DOST Agentliyinin strateji hədəflərinə əsasən, 17 regional“DOST” mərkəzi və 55 filial şəbəkəsinin təşkil olunması ilə ölkəəhalisinin tam əhatə edilməsi nəzərdə tutulur. 2024-cü il ərzində251 min nəfərə proaktiv qaydada pensiya, sosial müavinət, təqaüd vəbirdəfəlik ödənişlər təyin olunub.

Seçilən
0
az.trend.az

1Mənbələr