Türkiyə Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunda meşə fondunun yaradılması ilə bağlı layihəyə 250 mln. TL xərcləyib.
“APA-Economics” xəbər verir ki,bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Məlumata görə, Azərbaycanla Türkiyə hökuməti arasında "Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi"nin yaradılması layihəsinə dair Qrant Sazişi" imzalanıb. Saziş çərçivəsində Meşəçilik Təlim Mərkəzində yerli, Mərkəzi Asiya və qonşu dövlətlərin meşəçilik sahəsində çalışan mütəxəssislərinin bilik və bacarığının artırılması məqsədilə təlimlərin keçirilməsi və tingçilikdə qabaqcıl texnologiyalar əsasında tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırılmasında istifadəsi nəzərdə tutulur.